Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Siyasəti ilə ürəklərdə yol tapan Ali Baş Komandanımız İlham Əliyevin uğurları

0

  •        Mən həmişə Cənab Prezidentimizin siyasətini, Azərbaycanın gələcəyi üçün atdığı hər bir addımları ilə ətraflı məlumatlar toplamışam. Mən əminliklə deyə bilərəm ki, İlham Əliyev, Ümumilli Lider Heydər Əliyevin siyasəti ilə davam edir. İlham Əliyev atdığı addımlarda hər zaman haqqın - ədalətin bərpa olunmasının tərəfdarı olub. Daima Azərbaycana ikili standartla yanaşan bəzi ölkələrin cavabını vaxtında verir. Onların dünyada tutduğu təcavüzkar siyasətləri hər zaman gündəmə gətirir. Dünyanın nüfuzlu təşkilatlarında iştirak edərək, Azərbaycanın güclənməsi ilə barışmayan, xarici siyasətini, bugünki mövqeyi ilə barışmayan dövlətlərə vaxtında cavabını verir, mesajlarını çatdırır. Mən bir vətəndaş kimi Prezidentimizin  sülh-əminamanlıq siyasətini, xarici siyasətini həmişə dəstəkləmişik. Cənab Prezidentimizin siyasətini bəyənirəm və bu siyasətin hər zaman tərəfindəyəm.Son 30 ilin proseslərinə diqqət yetirəndə görürük ki, ən ali qrumlar  belə əksərən Ermənistana özəl sevgi, Azərbaycana qarşı isə laqeydlik, qərəz, ən yaxşı halda isə susqunluq nümayiş etdiriblər. Dövlət başçısı istər Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə xalqa müraciətlərində,  mətbuata müsahibələrində, azad edilmiş ərazilərimizə səfərində səsləndirdiyi bəyanatlar, çağırışlar sırasında dünyanın ikili standarta əsaslanan siyasətin yaratdığı problemlər əsas yer tutur. 30 ildir ki,  ATƏT-in Minsk qrupunun həmsədri olar Fransa dövləti daima işğalçı Ermənistan dövlətini dəstəkləyib. Qarabağ torpaqlarının geri qaytarılmamasında, erməniləri dəstəklənməsində xüsusi mövqe-yi olmuşdur. Fransa ilə yanaşı digər bir qonşumuz olan İranın da mövqeyi ədalətli olmadı. İran İslam dövləti olsa da erməni terrorçularını dəstəkləməsi məhz dini dəyərlərə hörmətsizlik ki qiymətləndirirəm. İranın ermənipərəst mövqeyi ermənixalqına olan sevgisindən yox, ticari məsələlərdən irəli gəlir. İkili standartlar çıxış edən Fransa, İran və başqa ölkələrin cavabını dövlət başçısı vaxtlı-vaxtında verir. Cənab Prezidentin önəmli çıxışları, sərt mesajları ilə çıxış edir. Dövlət başçımızın fəaliyyətinə nəzər saldıqda görünən odur ki, onun siyasətində həyata keçirilən əsas prioritetləri Vətənin müdafiəsi və xalqın rifahıdır. Prezidentimizin müasir dünyaya yaxından bələd olması, vaxtında atdığı cəsarətli addımları, dünyada siyasi proseslərin dərindən təhsiletmə qabiliyyəti qələbəmizi yaşatdı. 44 günlük Vətən müharibəsi zamanı qazandığımız Zəfərin iz müstəqillik tariximizə ən şanlı səhifələrə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqını  bu qələbəyə aparan ən böyük qüvvə və danılmaz güc  Ali Baş Komandanımız İlham Əliyevin adı ilə bağlıdır. Bu gün dövlət başçımızın apardığı siyasət, qüdrətli, iqtisadi cəhətdən sürətli inkişafla Azərbaycan artıq torpaqlarımızı işğaldan azad eləmişdi.Dövlət başçımız tez-tez xüsusi dəvətlər alaraq xarici ölkələrə işguzar səfər edir. Azərbaycan Respublikasının Prezidenti  noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasına səfər edib. Bu səfər Əlcəzair Prezidentinin xüsusi dəvəti ilə baş tutub. Ərəb Dövlətləri Liqasının (ƏDL) Əlcəzair paytaxtında keçirilən 31-ci Zirvə toplantısında iştirak edən Cənab Prezidentimiz  İlham Əliyev  Qoşulmama Hərəkatının  sədri kimi qatılıb. Bu toplantıda iştirak və çıxış etmək hazırki dövrdə  Azərbaycan üçün həddən artıq vacibdir. Ölkəmizin Ərəb ölkələri ilə əlaqələri hər zaman var. Azərbaycan 200 6-cı ildə ƏDL-NİN üzvüdür. Əlcəzair Azərbaycanla əlaqələrinin istiləşməsində maraqlıdır. Fransanın Əlcəzairdə apardığı siyasətlə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Qarabağda yürütdüyü siyasət arasında paralellər aparmaq olar. Ərazisinə görə Afrikanın və Ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan çox vətəndaşına muxtariyyət belə verməkdən imtina etmiş Fransa indi Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edir. Fransa azadlığını tələb edən əlcəzairlilərə qarşı qətliamlar,  çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törədib.  Eyni cinayətlər Qarabağda yaşayan və erməni işğalına qarşı çıxan azərbaycanlılara qarşı da həyata keçirilib. İkili standartlar və riyakarlıq bütün hallarda Fransanın dövlət siyasətinin əsas xəttini  təşkil edib. Bu riyakarlıq isə bu gün demokratiya adı altında pərdələnir.Aydın Əliyev, Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib25 dəfə
    Siyasəti ilə ürəklərdə yol tapan Ali Baş Komandanımız İlham Əliyevin uğurları

    Maraqlı gələ bilər
    31
    37
    120